6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA

10-iyun-2025
Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA
Yazı Ölçüsü:
Son günlər ölkənin iki böyük mobil operatoru - "Azercell" və "Bakcell" tarif qiymətlərini kəskin artırıb. Bu dəyişiklik ictimaiyyət arasında narazılıqla qarşılanıb. İstifadəçilər mobil rabitə xidmətlərinin eyni vaxtda və paralel şəkildə bahalaşmasını şübhəli hesab edirlər.
Eyni zamanda vətəndaşlar bu qərarın aidiyyəti dövlət qurumları tərəfindən monitorinq olunub-olunmadığı, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün hər hansı hüquqi və ya tənzimləyici dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı ilə maraqlanırlar.
"PostMedia" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar göstərdikləri sözügedən telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil şəkildə müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.
"Habelə tənzimləyici qurumlar tərəfindən normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarət həyata keçirilməsi qadağandır", - deyə İKTA-dan bildirilib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930