6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

18-aprel-2025
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı
Yazı Ölçüsü:
Sərfəlilik strategiyası ilə yanaşı, inklüzivlik və bərabər imkanların təşviqi istiqamətində fəaliyyətini davam etdirən “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün modelyer-dizayner peşəsi üzrə ikinci peşəkar təlim mərhələsinə start verib. Bu dəfə təlimlərdə 18-35 yaş aralığında 10 nəfər iştirak edir.
Təlim proqramı iştirakçıların yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olmağı hədəfləyir. İştirakçılar modelyer-dizayner sahəsində praktik vərdişlər – parça seçimi, eskizlərin hazırlanması və tikiş prosesləri ilə yanaşı, nəzəri biliklər də əldə edəcəklər. Bu təlimlər onların gələcəkdə ixtisaslaşmış sahədə uğur qazanmaları üçün möhkəm baza yaradır.
Cəmiyyətdə bərabər imkanların yaradılmasını əsas məqsədlərindən biri kimi görən “Nar” inklüzivlik, təhsil və sosial dəstək istiqamətində layihələrə töhfəsini davam etdirir. Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşmasını asanlaşdıran sosial təşəbbüslər isə “Nar” üçün önəmli istiqamətlərdən biridir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031