"TikTok"un qurucusu Çjan İmin Asiyanın ən varlı iş adamları siyahısında Mukeş Ambanini geridə qoyaraq ikinci yerə yüksəlib.
"PostMedia" xəbvər verir ki, bu barədə "Business Standard" nəşri "Bloomberg Billionaires Index"ə istinadən məlumat yayıb.
Çjan İminin sərvəti 92,8 milyard dollara çatıb və bu, onun Çinin ən varlı şəxsi mövqeyini daha da möhkəmləndirib. "ByteDance" şirkətinin həmtəsisçisinin kapitalı 2019-cu ilin martından bəri yeddi dəfədən çox artıb. Onun sərvətinin artmasına həm qlobal video platforması olan "TikTok"un uğuru, həm də "ByteDance" tərəfindən hazırlanmış süni intellekt əsaslı "Doubao" çatbotunun populyarlığı səbəb olub.
Amy Linnin sözlərinə görə, maliyyə aktivlərindəki kəskin artım “şirkətin güclü fundamental göstəricilərini və Çindəki tətbiqlərinin, xüsusilə də "Doubao"nun uğurunu” əks etdirir.
Ambani 86,9 milyard dollarlıq sərvətlə Asiyanın ən varlı insanları siyahısında üçüncü yeri tutub. Siyahıya isə 117 milyard dollarlıq sərvətlə hindistanlı milyarder Qautam Adani başçılıq edir.
Dünyanın ən varlı insanları reytinqində isə birinci yerdə amerikalı sahibkar İlon Mask qərarlaşıb. "Bloomberg Billionaires Index"in məlumatına görə, onun sərvəti 726 milyard dollara çatır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
