6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Çin "Kinetica-1" vasitəsilə bir sıra peykləri orbitə çıxarıb

14-aprel-2026
Çin "Kinetica-1" vasitəsilə bir sıra peykləri orbitə çıxarıb
Yazı Ölçüsü:
Çin bu il ilk dəfə olaraq "Kinetica-1" daşıyıcı raketini buraxaraq bir sıra peykləri orbitə çıxarıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Buraxılış çərşənbə axşamı Tsyuçyuan kosmodromunun “Dunfen” kommersiya start meydançasından yerli vaxtla saat 12:03-də (Bakı vaxtı ilə 07:03) həyata keçirilib. Daşıyıcı raket səkkiz aparatı, o cümlədən Yer səthinin uzaqdan zondlanması üçün nəzərdə tutulmuş "Gaofen-07A02" peykini uğurla orbitə çıxarıb.
Qeyd edək ki, Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri yaradır, həmçinin Ayın tədqiqi üçün texnologiyalar üzərində işləyir. Dövlət dəstəyi ilə Çin mütəxəssisləri asteroidlərin və Marsın öyrənilməsi imkanlarını da araşdırırlar.
Yer orbitində Çinə məxsus kosmik stansiya fəaliyyət göstərir və o, beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulub. 2025-ci ildə Çin 92 raket buraxılışı həyata keçirərək öz rekordunu yeniləyib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930