—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Texnologiya nəhəngləri bu il süni intellektə 650 milyard dollar sərmayə yatırmağı planlaşdırır

24-fevral-2026
Turan Hüseynli
Texnologiya nəhəngləri bu il süni intellektə 650 milyard dollar sərmayə yatırmağı planlaşdırır
Yazı Ölçüsü:
ABŞ-nin ən iri texnologiya şirkətləri olan "Alphabet", "Amazon", "Meta" və "Microsoft" 2026-cı ildə süni intellekt infrastrukturunun inkişafına ümumilikdə 650 milyard dollar yatırım etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Bridgewater Associates" analitik mərkəzinin hesabatında qeyd edilir.
Müqayisə üçün qeyd olunur ki, bu şirkətlərin 2025-ci ildəki sərmayələri 410 milyard dollar təşkil edib.
"Bridgewater"in həmtəsisçisi və baş investisiya direktoru Qreq Jensen bildirib ki, süni intellekt bumu “daha riskli mərhələyə” daxil olub. Bu mərhələ fiziki infrastruktur layihələrinə kapital qoyuluşunun sürətlə artması və xarici maliyyələşmədən asılılığın güclənməsi ilə xarakterizə olunur.
Onun sözlərinə görə, hesablama gücünə tələbat təklifi xeyli üstələyir, bu da iri şirkətləri daha sürətli sərmayə yatırmağa vadar edir.
Şirkətlər artıq səhmlərin geri alınmasını azaldaraq, vəsaitləri kapital xərclərinə yönəldiblər.
"Reuters" yazır ki, Jensen nəzarətsiz artımın risklər doğura biləcəyi barədə də xəbərdarlıq edib.
Eyni zamanda, süni intellekt məhsullarının geniş yayılması proqram təminatı və məlumat təminatı sektorları üçün risklər yaradır, bu da həmin sahələrdə səhmlərin son satışlarında əksini tapıb.
Bridgewater-in qiymətləndirməsinə əsasən, texnoloji sərmayələr 2025-ci ildə ABŞ ÜDM artımına təxminən 0,5 faiz bəndi, 2026-cı ildə isə təxminən 1 faiz bəndi töhfə verə bilər.
Bununla yanaşı, aktiv investisiyalar texnologiya və telekommunikasiya avadanlıqları bazarında inflyasiyanı artıra, eləcə də bəzi regionlarda enerji xərclərini yüksəldə bilər. Jensen kəskin fond bazarı düzəlişinin artımı zəiflədə biləcəyini və şirkətlərin kapital cəlb etməsini çətinləşdirə biləcəyini bildirərək, vəziyyəti 2000-ci ilin “dot-com” böhranı ilə müqayisə etsə də, indiki şəraitin daha az riskli olduğunu vurğulayıb.
Kateqoriyalar