—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Pilotsuz aparat sürüsünü məhv edə bilən yeni dron yaradılıb

23-fevral-2026
Turan Hüseynli
Pilotsuz aparat sürüsünü məhv edə bilən yeni dron yaradılıb
Yazı Ölçüsü:
"Coyote Block 3" pilotsuz aparatının sınaqları ABŞ-nin Arizona ştatındakı Yuma poliqonunda keçirilib.
Sınaqların məqsədi dron-kəsicinin ən son modelinin kütləvi dron hücumu şəraitində effektivliyini yoxlamaq olub.
"Coyote Block 3" bu pilotsuz aparatın artıq üçüncü versiyasıdır.
"PostMedia"nın "Techcult" nəşrinə istinadən verdiyi məlumata görə, birinci versiya (kəşfiyyat modeli) elektrik mühərrikli və açılan qanadlara malik idi. İkinci versiya isə turboreaktiv mühərrik və dörd stabilizator ilə təchiz edilmişdi ki, bu da onu reaktiv ələkeçirən drona çevirmişdi.
"Coyote Block 3" əvvəlki modelin aerodinamik quruluşunu və taktiki-texniki göstəricilərini saxlayıb, lakin döyüş başlığı əvəzinə enerji topu ilə təchiz edilib.
Bu tip top hədəfi elektromaqnit impulsu ilə vuraraq onun elektrik dövrələrini sıradan çıxarır və nəticədə hədəf yerə düşür. Block 3-ün texniki xüsusiyyətləri məxfi saxlanılır. Yalnız məlumdur ki, o, 2-ci və 3-cü kateqoriyaya aid pilotsuz aparatları məhv edə biləcək.
Kateqoriyalar