—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Hökumət Buludu"na inteqrasiya olunan infrastrukturların sayı açıqlanıb

20-fevral-2026
Turan Hüseynli
"Hökumət Buludu"na inteqrasiya olunan infrastrukturların sayı açıqlanıb
Yazı Ölçüsü:

"Bu gün 270-dən çox dövlət və özəl qurumu mərkəzi infrastruktur olan "Hökumət Buludu"nda öz informasiya ehtiyatlarını yerləşdirib".

"PostMedia" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Azərbaycan Hakimlərinin II Forumu"nda deyib.

Onun sözlərinə görə, bu həm təhlükəsizliyin təmini baxımından, həm də resurslara, dövlət resurslarına inzibati xərclərin qarşısını almağa kifayət qədər faydası olan bir yanaşmadır: "bu yanaşma artıq bir çox dünyanın inkişaf etmiş dövlətlərində tətbiq edilir."

​o qeyd edib ki, hazırda bir çox əməliyyatlar — bank hesablarının açılması, əmək müqavilələrinin imzalanması və digər əməliyyatlar "SİMA" rəqəmsal imza üzərindən həyata keçirilir: "Məlumat üçün bir məqamı da deyə bilərəm ki, hal-hazırda dünyada cəmi 30-a yaxın bir ölkə var ki, biometrik rəqəmsal imzanı vətəndaşların və biznesin xidmətinə təqdim edib."

Kateqoriyalar