—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Nazir müavini: "Yeni texnologiyalar daha çox əlavə dəyər yaratmaq imkanına malikdir"

20-fevral-2026
Admin
Nazir müavini: "Yeni texnologiyalar daha çox əlavə dəyər yaratmaq imkanına malikdir"
Yazı Ölçüsü:

"Yeni texnologiyalar iqtisadiyyatın ənənəvi sektorlarına nisbətən 3 dəfə daha artıq artım tempinə malikdir".

"PostMedia" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Azərbaycan Hakimlərinin II Forumu"nda deyib.

Onun sözlərinə görə, yeni texnoloji inkişaf artıq dünyanın inkişafının əsas hərəkətverici qüvvəsidir:

"Təhlillər göstərir ki, ümumi iqtisadiyyatın ənənəvi sektorlarına nisbətən üç dəfə daha artıq tempə malikdir və daha çox əlavə dəyər yaratmaq imkanına malikdir. Odur ki, dünyada dövlətlər bu istiqamətdə inkişafı təmin etmək üçün müxtəlif imkanları özlərində yaradırlar, insan kapitalını gücləndirirlər və infrastruktura kifayət qədər investisiya yatırırlar".

O qeyd edib ki, ​Azərbaycanda da son illərdə aparılmış islahatlar, aparılmış tədbirlər bilavasitə həmin yeni texnoloji inkişaf sıçrayışına qədəm qoymağa əsas baza yaratmaq, iqtisadi sabitlik, insanların sosial rifahının yüksəlməsi və kifayət qədər valyuta ehtiyatları bu sahəyə diqqət yetirməyimizə şərait yaradır.

Kateqoriyalar