6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

“Apple” və “Google” süni intellekt sahəsində strateji əməkdaşlığa başlayıb

13-yanvar-2026
“Apple” və “Google” süni intellekt sahəsində strateji əməkdaşlığa başlayıb
Yazı Ölçüsü:

“Apple” və “Google” süni intellekt sahəsində çoxillik əməkdaşlığa başladığını açıqlayıb.

PostMedia” xəbər verir ki, razılaşmaya əsasən, “Apple”ın yeni nəsil süni intellekt infrastrukturu “Google”un “Gemini” modeli və bulud texnologiyaları əsasında qurulacaq. “Gemini” modeli “Siri” də daxil olmaqla “Apple Intelligence” funksiyalarına güc verəcək.

Birgə açıqlamada bildirilib ki, “Apple Foundation Models”in yeni nəsli məhz “Google”un süni intellekt imkanları üzərində inkişaf etdiriləcək. Bu modellər daha fərdiləşdirilmiş “Siri” və gələcək “Apple Intelligence” xüsusiyyətlərini bu il ərzində istifadəçilərə təqdim edəcək.

“Apple” qeyd edib ki, geniş qiymətləndirmə prosesindən sonra “Google”un AI texnologiyasının ən uyğun və səmərəli infrastruktur olduğu qənaətinə gəlinib. Eyni zamanda, “Apple Intelligence” şirkətin lider gizlilik standartlarını qoruyaraq Apple cihazlarında və özəl bulud mühitində fəaliyyət göstərəcək.

Bu xəbərlərin fonunda “Google”un ana şirkəti “Alphabet”in bazar dəyəri ilk dəfə 4 trilyon dollara çatıb. Beləliklə, “Alphabet” bu göstəriciyə çatan “Nvidia”, “Microsoft” və “Apple”dan sonra dördüncü şirkət olub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930