N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Tatarıstan akkumulyatorları Azərbaycan bazarına çıxacaq

10-dekabr-2025
Turan Hüseynli
Tatarıstan akkumulyatorları Azərbaycan bazarına çıxacaq
Yazı Ölçüsü:

Tatarıstandakı Elabuj Akkumulyator Zavodu (EAZ) EFB texnologiyası ilə istehsal olunan avtomobil akkumulyatorlarını Azərbaycan və digər MDB ölkələrinə tədarük etməyə başlayıb.

"PostMedia" xəbər verir ki, zavod illik 80 minədək akkumulyator istehsal edə bilir və istehsal 100% yerli xammaldan həyata keçirilir. Yeni EFB-batareyalar həm şəxsi avtomobillərdə, həm “KamAZ” yük maşınlarında, həm də sənaye və telekommunikasiya obyektlərində ehtiyat enerji mənbəyi kimi istifadə oluna bilər.
Layihə çərçivəsində EAZ bazarda 8% pay əldə etməyi planlaşdırır və idxal əvəzləyici məhsulların istehsalını genişləndirir.

Kateqoriyalar