N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranzit daşınmasına görə rüsum almayacaq

08-dekabr-2025
Turan Hüseynli
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranzit daşınmasına görə rüsum almayacaq
Yazı Ölçüsü:

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi media orqanlarında yayılan “gömrük məhdudiyyətlərinin Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükünə mane olduğu” barədə iddialara münasibət bildirib.

"PostMedia" xəbər verir ki, qurum bu məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

Nazirliyin məlumatına görə, 5 dekabr 2024-cü ildə Gürcüstan hökuməti Azərbaycan tərəfindən Ermənistana yanacaq məhsullarının ölkə ərazisindən bir dəfəlik tranzitlə daşınması barədə rəsmi müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı dərhal göstəriş verərək, yükün dəmir yolu vasitəsilə tam şəkildə və ödənişsiz daşınmasını tapşırıb.

Rəsmi açıqlamada qeyd olunur ki, tərəfdaş ölkələr bu qərar barədə məlumatlandırılıb. Nazirlik Gürcüstanın həm Ermənistan, həm də Azərbaycan üçün daim etibarlı və strateji tərəfdaş olduğunu bildirib. Qurum ölkənin regionda sülh, əməkdaşlıq və sabitliyin tərəfdarı olaraq qalacağını vurğulayıb.

Gürcüstan tərəfinin bu addımı enerji sahəsində regional əməkdaşlığın güclənməsi kimi qiymətləndirilir.

Kateqoriyalar