6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Rusiyalı milyarderlər daha da varlanıblar

01-dekabr-2025
Rusiyalı milyarderlər daha da varlanıblar
Yazı Ölçüsü:

İlin əvvəlindən bəri Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 18,1 milyard ABŞ dolları artıb.

"PostMedia" xəbətr verir ki, bu barədə "Bloomberg Billionaires Index" (BBI) göstəricilərində qeyd edilib. İndeks şirkətlərin səhmlərinin dəyəri də daxil olmaqla müxtəlif maliyyə göstəricilərinə əsaslanır.

Məlumata görə, USM holdinqinin qurucusu Alisher Usmanov sərvətinə 5,32 milyard dollar əlavə edərək onu 18,5 milyard dollara çatdırıb. Ural Dağ-Metallurgiya Şirkətinin təsisçisi İskəndər Makhmudov isə 4,43 milyard dollar daha varlanıb və hazırda onun sərvəti 7,56 milyard dollardır.

Telegram-ın yaradıcısı Pavel Durov ilin əvvəlindən bu yana 2,44 milyard dollar qazanıb. Wildberries-in sahibi Tatyana Kim də sərvətinə 654 milyon dollar əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031