N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

“LukOil” aktivlərini bir paket halda satmaq istəyir — Bloomberg

19-noyabr-2025
Turan Hüseynli
“LukOil” aktivlərini bir paket halda satmaq istəyir — Bloomberg
Yazı Ölçüsü:

"Exxon Mobil", "Chevron", "Abu Dhabi National Oil", eləcə də ABŞ-nin böyük investisiya şirkəti "Carlyle Group" ABŞ-nin tətbiq edəcəyi sanksiyalara görə satışı sürətlənən Rusiyanın “LukOil”un beynəlxalq aktivləri ilə maraqlanan şirkətlər sırasındadır.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, potensial alıcılar rus enerji nəhənginin geniş beynəlxalq biznesinin müxtəlif tərəfləri ilə tanış olmaq üçün növbəyə düzülürlər. Bununla belə, bəzi mümkün alıcılar yalnız konkret aktivlərlə maraqlanırlar.

Lakin əsas problemlərdən biri odur ki, sanksiyaların qüvvəyə minməsi ərəfəsində “LukOil” aktivlərin vahid paket şəklində satılmasını istəyir. Məlumatda deyilir ki, sanksiyalar dekabrın 13-də qüvvəyə minməlidir.

Bu isə “iki mərhələli proses” ehtimalını artırır. Məsələn, maliyyə şirkəti bütün xarici aktivləri bir dəfəlik satın alır və sonra zamanla onları hissə-hissə satır.

Prosesi müəyyən edən mühüm detallardan biri də budur ki, Tramp administrasiyası "LukOil"in qlobal aktivlərinin ABŞ şirkəti tərəfindən alınmasını üstün tutardı. Bu isə potensial alıcıların dairəsini məhdudlaşdıra bilər. ABŞ Maliyyə Nazirliyinin sözçüsü isə mövzu ilə bağlı suallara cavab verməyib.

Məqalədə qeyd olunur ki, "LukOil" daha əvvəl öz bütün beynəlxalq aktivlərini "Gunvor Group"a satmağa razılıq vermişdi, lakin bu əməliyyat ABŞ tərəfindən dərhal dayandırılmışdı. "Exxon" və "Chevron" şirkətləri "LukOil"in İraqın "Qərbi Qurna-2" yatağındakı payını araşdırırlar. Bu barədə adlarının açıqlanmasını istəməyən iki mənbənin məlumatına görə, danışıqlar məxfi aparılır.

Eyni zamanda, "Adnoc" şirkəti "LukOil"in müxtəlif aktivlərini araşdırır və mövzuya yaxın mənbələr qeyd edirlər ki, şirkətin Özbəkistandakı təbii qaz fəaliyyəti ən böyük maraq doğuran sahələrdən biri ola bilər.

Kateqoriyalar