N/A°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes | HiTech

"Tesla" və Çin elektrikmobillərini analiz edəndə şok olduq - "Ford"un CEO-su

12-noyabr-2025
Nigar Əliyeva
"Tesla" və Çin elektrikmobillərini analiz edəndə şok olduq - "Ford"un CEO-su
Yazı Ölçüsü:
"Tesla Model 3" və Çinin elektromobillərini parçalayaraq analiz etdikdə gördüklərimizdən heyrətləndik və şirkətin strategiyasında köklü dəyişikliklər etməyi qərara aldıq".
"PostMedia" xəbər verir ki, bunu "Ford"un Baş İcraçı Direktoru (CEO) Cim Farli (Jim Farley) bildirib.
O qeyd edib ki, "Ford"un "Mustang Mach-E" modeli "Tesla2ya nisbətən təxminən 1,6 km daha çox elektrik kabelinə malikdir, bu isə avtomobilə əlavə çəki qatır və daha böyük, baha batareya tələb edir.
Farli vurğulayıb ki, bu analizlər "Ford"un yeni rəqiblərlə rəqabət edə bilməsi üçün dəyişiklik etməsi lazım olduğunu açıq göstərib.
Farli 2020-ci ildən bu yana "Ford"un başında olduğunu və 2022-ci ildə şirkətin elektrikli avtomobil əməliyyatlarını “Model E” adı altında ayrı bir bölməyə çevirdiyini xatırladıb.
O, bildirib ki, bu bölmə 2024-cü ildə 5 milyard dollardan çox zərər edib, 2025-ci ildə isə oxşar zərər gözlənilir, lakin bu qərardan peşman deyil.
Farli Çinin elektromobil istehsalçılarının qərb avtomobil şirkətləri üçün ciddi təhlükə olduğunu, Çin şirkətlərinin yüksək texnologiyalı və münasib qiymətli modellərlə Avropa və inkişaf edən bazarlarda sürətlə böyüdüyünü qeyd edib.
Keçən il Farli altı ay boyunca "Xiaomi"nin elektrikli sedanını istifadə etdiyini və avtomobili geri vermək istəmədiyini açıqlayıb.
"Ford" elektrikli avtomobillərdə Çin şirkətlərinə üstünlük verməyəcək və bu bazardan geri çəkilməyəcək. Şirkət üçüncü rübdə rekord elektrikli avtomobil satışı elan etsə də, yaxın gələcəkdə ABŞ bazarının yalnız 5%-nin elektrikli avtomobillərdən ibarət olacaq.
O bildirib ki, ABŞ-da istehlakçılar 70-80 min dollarlıq lüks elektrikli avtomobillərdən çox, münasib qiymətli modellərə maraq göstərirlər. Bu səbəbdən Ford stratejisini yenidən formalaşdırır və avqust ayında elan olunan yeni istehsal xətti "Tesla" və BYD ilə rəqabət edəcək aşağı maliyyətli elektrikli avtomobillər üçün nəzərdə tutulub.
Yeni xətdə istehsal olunacaq ilk avtomobil isə 2027-ci ildə satışa çıxarılacaq 30 min dollarlıq orta ölçülü yük maşını olacaq. Farli bu qərarın şirkətin gələcək elektrikli avtomobil bazarında mövqeyini gücləndirəcəyini vurğulayıb. O əlavə edib ki, elektrikli avtomobillər sahəsində geri çəkilmək "Ford"un strateji hədəflərinə uyğun deyil və şirkət bu bazarda Çinli rəqiblərlə rəqabəti davam etdirəcək.
Kateqoriyalar