N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Azərbaycan Rusiyada un idxalını artırıb

12-noyabr-2025
Nigar Əliyeva
Azərbaycan Rusiyada un idxalını artırıb
Yazı Ölçüsü:
2025-ci ilin əvvəlindən noyabrın 10-dək Rusiyanın Başqırdıstan Respublikası xaricə 25,4 min ton un ixrac edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. 2024-cü ildə bu göstərici 14,7 min ton olub.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Rosselxoznadzor qurumunun Başqırdıstan üzrə idarəsi yayıb.
Məlumatda deyilir ki, 10 ay ərzində respublikadan 482 partiya buğda və çovdar unu ixrac olunub. Başqırdıstan ununun əsas alıcıları Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan Özbəkistandır.
Qurumun açıqlamasına görə, ixrac olunan bütün partiyalar karantin nəzarətindən keçib:
“Aparılan laborator müayinələrin nəticələrinə əsasən, un məhsullarında təhlükəli karantin orqanizmləri və zərərvericilər aşkarlanmayıb. Məhsullar idxalçı ölkələrin fitosanitar təhlükəsizlik tələblərinə tam cavab verir,” – deyə Rosselxoznadzor bildirib.
İdarədən əlavə edilib ki, Başqırdıstan ununun ixrac coğrafiyası ötən ildən dəyişməyib.
“RBC Ufa”nın məlumatına görə, cari ilin səkkiz ayı ərzində respublikadan ümumilikdə 19,5 min ton taxıl emalı məhsulu (un, dən, kəpək və səməni daxil olmaqla) ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
“Agroexport” mərkəzinin məlumatına əsasən, 2024-cü ildə ümumi Rusiya un ixracı 3 % artaraq təxminən 300 milyon ABŞ dollarına çatıb. Ən böyük idxalçı ölkə isə Əfqanıstan olub.
Kateqoriyalar