Elon Musk: "Tesla"nın avtopilot sistemi Çində 2026-cı ilin əvvəlində tam təsdiq ala bilər"
07-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
"Tesla" şirkətinin tam avtopilot (Full Self-Driving, FSD) proqram təminatının Çində tam təsdiq alması 2026-cı ilin əvvəlində gözlənilir.
"PostMedia" xəbər verir ki, bunu şirkətin baş direktoru Elon Musk bildirib.
“Hazırda Çində qismən təsdiqimiz var. Ümid edirəm ki, təxminən fevral və ya mart aylarında tam təsdiq əldə edəcəyik".
Çinin Sənaye Nazirliyi məsələ ilə bağlı "Reuters"in sorğusuna hələ cavab verməyib.
Çin Tesla üçün mühüm bazar olsa da şirkətin bazar payı son rübdə 8%-ə düşüb. Bu göstərici 2023-cü ilin birinci rübündə 15,4% idi. Yerli markalar oxşar süni intellekt əsaslı idarəetmə sistemlərini pulsuz təqdim etməklə daha çox alıcı cəlb edirlər.
FSD sistemi fevral ayından bəri Çində qismən təsdiq alıb. Ondan əvvəl sürücülər yalnız daha sadə və ucuz autopilot versiyasından istifadə edə bilirdilər.
Bəzi Çinli Tesla sahibləri 64 000 yuan (təxminən 9 000 ABŞ dolları) ödəyərək FSD sistemini əvvəlcədən alıblar, lakin sistemin tam istifadəyə verilməməsi müştərilər və şirkət arasında narazılığa səbəb olub.
Hazırkı qismən təsdiqlə FSD-nin ABŞ versiyası ilə müqayisədə məhdud imkanları var.Belə ki, o, ötürməni dəyişə bilmir və avtomobil tam müstəqil şəkildə bir dayanacaqdan digərinə hərəkət edə bilmir. Bundan əlavə, sistem Çin yol nişanlarını tanımaqda çətinliklər yaşayır.