N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Rusiya Azərbaycandan keçəçək yolun tikintisinə 2026-cı ildə başlayacaq

05-noyabr-2025
Türkan Nəbi
Rusiya Azərbaycandan keçəçək yolun tikintisinə 2026-cı ildə başlayacaq
Yazı Ölçüsü:
Rusiya 2026-cı ilin əvvəlində İranın şimalında yerləşən "Rəşt–Astara" dəmir yolunun tikintisinə başlayacaq.
PostMedia” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi məlumat verib.
Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Amin Tarfan bildirib ki, layihə üçün torpaq sahələrinin alınması 2025-ci ilin sonunadək başa çatacaq və bundan sonra rus podratçı dərhal tikintiyə start verəcək.
Rəşt–Astara xəttinin inşasını Rusiyanın “Caspian Service” adlı investisiya-tikinti şirkəti həyata keçirəcək, layihənin sifarişçisi isə İranın Nəqliyyat İnfrastrukturunun İnkişafı və Tikintisi Şirkəti (CDTIC) olacaq.
Tikinti 2026-cı ilin əvvəlində başlanacaq və Rusiya bu məqsədlə 1,6 milyard ABŞ dolları məbləğində kredit ayıracaq. Kreditin 3%-lik faiz dərəcəsi ilə 10 il ərzində qaytarılması planlaşdırılır.
Layihə üzrə torpaq alınmasına təxminən 75 milyon dollar xərclənəcək. Müqavilə 2023-cü ilin mayında İranın sabiq prezidenti İbrahim Rəisi və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
"Rəşt–Astara" dəmir yolu “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edir. Bu dəhliz Hind okeanını Baltik dənizi ilə birləşdirərək Asiya və Avropa arasında böyük ticarət marşrutu rolunu oynayacaq.
Layihə Azərbaycanın strateji tranzit mövqeyini daha da gücləndirəcək, çünki marşrut ölkə ərazisindən keçərək Rusiya, İran və Hindistan arasında yüklərin daşınmasını asanlaşdıracaq.
Ekspertlərin fikrincə, “Şimal–Cənub” dəhlizi perspektivdə Süveyş kanalına alternativ ticarət marşrutu ola bilər.
Kateqoriyalar