"OpenAI"in baş direktoru Sem Altman son müsahibəsində şirkətin maliyyə vəziyyəti ilə bağlı təkrar-təkrar verilən suallardan yorulduğunu deyib.
"PostMedia"nın məlumatına görə, Altman bildirib ki, "OpenAI"in illik gəliri artıq 13 milyard dollardan çoxdur və bu göstərici şirkətin dayanıqlı olduğunu sübut edir.
O, həmçinin növbəti on ildə təxminən 1 trilyon dollarlıq sərmayənin hesabına süni intellekt üçün hesablama infrastrukturu qurmağı planlaşdırdıqlarını açıqlayıb.
Altman IPO (birja çıxışı) barədə yaxın vaxtlarda planlarının olmadığını, lakin gələcəkdə bunun mümkün olduğunu qeyd edib. Microsoft-un rəhbəri Satya Nadella isə OpenAI-nin gözləniləndən daha yaxşı nəticələr göstərdiyini təsdiqləyib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
