"Apple" şirkəti 2026-cı il ərzində ən azı 15 yeni cihaz təqdim etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, şirkətin məhsul xəttinə yenilənmiş "iPhone", "iPad", "MacBook" modelləri ilə yanaşı, bir sıra tamamilə yeni texnoloji qurğuların da daxil ediləcəyi gözlənilir.
Mənbənin məlumatına əsasən, "Apple" bu cihazlarda süni intellekt imkanlarını daha geniş tətbiq etməyi və məhsullarını süni intellekt funksiyaları, enerjiyə qənaət və məhsuldarlıq baxımından gücləndirməyi hədəfləyir. Yeni modellərin təqdimatı 2026-cı ilin müxtəlif rüblərində mərhələli şəkildə keçiriləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
