" Alphabet Inc" şirkətinə məxsus süni intellekt köməkçisi "Google Gemini" aylıq 650 milyondan çox aktiv istifadəçi ilə yeni rekorda imza atıb.
"PostMedia" xəbə vei ki, iyul ayında bu göstərici 450 milyon idi, bu isə son aylarda əhəmiyyətli artım deməkdir.
Şirkətin məlumatına görə, "Gemini" vasitəsilə edilən sorğuların sayı əvvəlki rüblə müqayisədə 3 dəfə artıb.
Eyni zamanda, "Alphabet" tarixində ilk dəfə rüblük gəlirini 100 milyard dollardan yuxarı elan edib. Ekspertlər bu nailiyyəti süni intellekt məhsullarının, xüsusilə Gemini-nin artan roluyla əlaqələndirib.
Müqayisə üçün, "OpenAI"nin" ChatGPT" tətbiqi həftədə 800 milyondan çox istifadəçi toplayır ki, bu da daha yüksək istifadə tezliyini göstərir və göstəricilərin ehtiyatla müqayisə edilməsini tələb edir.