Dünyanın aparıcı süni intellekt şirkətlərindən "OpenAI" 2025-ci ilin sonuna qədər səhmlərin ilkin kütləvi yerləşdirilməsinə (IPO) hazırlaşır.
Şirkətin bazar dəyərinin 1 trilyon ABŞ dollarına çata biləcəyi bildirilir.
"PostMedia" xəbər verir ki, "OpenAI" bu məqsədlə yeni hüquqi struktur yaradıb — “OpenAI Group PBC” və “OpenAI Foundation” adlı iki hissədən ibarət model həm kommersiya fəaliyyətini, həm də sosial məsuliyyət prinsiplərini birləşdirir.
Strateji tərəfdaş "Microsoft2 hazırda şirkətin 27 % payına sahibdir və "OpenAI"yə 250 milyard dollarlıq bulud resursu təqdim edəcək.
IPO-nun 2026-cı ilin ilk yarısında baş tutacağı gözlənilir. Toplanacaq vəsait süni intellektin təhlükəsizliyinə, yeni modellərin hazırlanmasına və beynəlxalq tədqiqat mərkəzlərinin yaradılmasına yönəldiləcək.
Ekspertlər bu addımı süni intellekt bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.