6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Ermənistanla Azərbaycanın münasibətlərinin yaxşılaşması regionun inteqrasiyasına töhfə verə bilər - IMF

30-oktyabr-2025
Ermənistanla Azərbaycanın münasibətlərinin yaxşılaşması regionun inteqrasiyasına töhfə verə bilər - IMF
Yazı Ölçüsü:
Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması region ölkələri üçün daha sıx iqtisadi inteqrasiyaya imkan yaradacaq.
"PostMedia" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur Almatıda keçirilən IMF-nin konfransında çıxışı zamanı bildirib.
Azurun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün əsas risklər ticarət məhdudiyyətləri, inflyasiyanın artması və OPEK+ qərarlarından sonra neft bazarındakı dalğalanmalardır.
“Biz hələ də yüksək qeyri-müəyyənlik dövrünü yaşayırıq və iqtisadi artıma mənfi təsir göstərə biləcək bir sıra risklər mövcuddur. Onlardan biri ticarət məhdudiyyətlərinin ikinci mərhələsinin nəticələri, digəri isə inflyasiyanın artımı riskidir”.
Cihad Azur əlavə edib ki, “Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması region ölkələri üçün əlavə əməkdaşlıq və inteqrasiya imkanları açır”.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031