6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Mərkəzi Bank bu BOKT-u 2 min manat cərimə etdi

30-oktyabr-2025
Mərkəzi Bank bu BOKT-u 2 min manat cərimə etdi
Yazı Ölçüsü:

“Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi 2 min manat cərimə edilib.

"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib.

ASC-nin qanuni təmsilçisi Kifayət Ağalarovadır. ASC “Prior Leasing” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev/məhəllə 1965, “Çinar Park” iş mərkəzində yerləşir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031