N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

FED uçot dərəcəsini 0,25 faiz bəndi azaltdı

29-oktyabr-2025
Turan Hüseynli
FED uçot dərəcəsini 0,25 faiz bəndi azaltdı
Yazı Ölçüsü:
ABŞ Federal Ehtiyat Sistemi (FED) oktyabr ayı üçün faiz qərarını açıqlayıb.
"PostMedia" xəbər verir ki, bank gözləntilərə uyğun olaraq, faiz dərəcəsini 0,25 faiz bənd azaldaraq 3,75–4,00% aralığına endirib. Qərarın məqsədi ABŞ iqtisadiyyatında müşahidə olunan zəifləməni və əmək bazarındakı tənəzzülü yumşaltmaqdır. Lakin qərar yekdilliklə qəbul edilməyib — bəzi üzvlər daha kəskin endirim tələb edib, digərləri isə inflyasiya risklərinə görə endirilməyə qarşı çıxıb.
Faiz qərarı qızıl və valyuta bazarlarında dərhal təsirini göstərib. Qızılın unsiyası 44 dollar dəyər itirərək 3 994 dollardan 3 950 dollara düşüb. Euro/dollar məzənnəsi 1,1647-dən 1,1583-ə enib, dollar indeksi isə 98,79-dan 99,24-ə yüksəlib.
Fed həmçinin 1 dekabrdan balans siyasətində dəyişiklik edəcəyini açıqlayıb. Bank artıq ümumi aktivlərini sabit saxlayacaq, lakin ipoteka təminatlı qiymətli kağızlardan gələn gəlirləri ABŞ Xəzinə istiqrazlarına yönəldəcək.
Fed sədri Cerom Pauell mətbuat konfransında bildirib ki, dekabr ayında daha bir faiz endirimi “qəti deyil”. Onun sözlərinə görə, komitə daxilində bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları var. Pauell inflyasiya risklərinin hələ də yüksək olduğunu, əmək bazarında isə zəifləmə əlamətlərinin artdığını qeyd edib.
İqtisadçılar qərarı iqtisadi artımın yavaşlaması və işsizlik risklərinin artması fonunda ehtiyatlı addım kimi qiymətləndirirlər. "Goldman Sachs" analitikləri dekabrda daha bir 0,25 faiz bəndlik endirimin ehtimalının yüksək olduğunu bildiriblər.
Beləliklə, Fed-in yeni qərarı maliyyə bazarlarında qızılın ucuzlaşmasına, dolların isə möhkəmlənməsinə səbəb olub.
Kateqoriyalar