N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Dövlət Miqrasiya Xidməti inzibati binasını 2,5 milyon manata təmir etdirəcək

29-oktyabr-2025
Admin
Dövlət Miqrasiya Xidməti inzibati binasını 2,5 milyon manata təmir etdirəcək
Yazı Ölçüsü:
Dövlət Miqrasiya Xidmətinin inzibati binasının fasadı yenilənəcək. "PostMedia" xəbər verir ki, Miqrasiya Xidmətinin Mərkəzi Aparatının inzibati binasında fasad örtüyünün yenilənməsi ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub. 
Dövlət Satınalmaları portalında dərc edilən məlumata əsasən, “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti müsabiqənin qalibi elan edilib. Layihənin ümumi dəyəri 2 milyon 920 min 275 manat 58 qəpik təşkil edib.  
Layihə çərçivəsində binanın fasad örtüyünün sökülməsi, yenilənməsi və digər təmir-bərpd işlərini əhatə edən 160 bölmədən ibarət iş planı nəzərdə tutulur.
Qeyd edək ki, Müsabiqə 15 avqust 2025-ci il tarixində elan olunub, təkliflərin qəbulu və zərflərin açılışı isə 15 sentyabr 2025-ci il tarixində keçirilib. 
Kateqoriyalar