6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes | HiTech

"Telegram"da rəqəmsal səhmlərlə ticarət etmək mümkün olub

28-oktyabr-2025
"Telegram"da rəqəmsal səhmlərlə ticarət etmək mümkün olub
Yazı Ölçüsü:
"Telegram" istifadəçiləri artıq "Amazon", "Netflix", "Coca-Cola", "Nvidia" və "Tesla" kimi aparıcı şirkətlərin, eləcə də "S&P 500" kimi əsas ETF-lərin rəqəmsal səhmlərini almaq və satmaq imkanı əldə ediblər.
"PostMedia" xəbər verir ki, ticarət prosesi bazar günləri istisna olmaqla, həftəiçi 24 saat fasiləsiz aparılacaq.
Yeni “Səhmlər və fondlar” bölməsi artıq bəzi istifadəçilərin Telegram pul kisəsində aktivdir və yaxın həftələrdə bütün regionlarda istifadəyə veriləcək.
İstifadəçilər cəmi 1 dollardan investisiyaya başlaya, səhmlərin kiçik hissələrini ala və rəqəmsal səhmləri ani, pulsuz şəkildə digər Telegram istifadəçilərinə göndərə biləcəklər.
Telegram həmçinin 2026-cı ilin 1 yanvarınadək ticarət üçün komissiyaları ləğv edib və 100 dollardan yuxarı alış edənlər üçün bonus səhm kampaniyası başladıb.
Bu addım platformanın rəqəmsal maliyyə bazarına real daxil olmasını və fintech sahəsində qlobal oyunçuya çevrilmək niyyətini nümayiş etdirir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031