6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Çin yeni geosiyasi və maliyyə reallığa hazırlaşır

28-oktyabr-2025
Çin yeni geosiyasi və maliyyə reallığa hazırlaşır
Yazı Ölçüsü:
ABŞ Çin mallarına 100 faizlik rüsumlar tətbiq etməyə hazırlaşır.
"PostMedia" xəbər verir ki, Çin buna cavab olaraq nadir torpaq elementləri və maqnitlərin ABŞ və Aİ-na ixracına məhdudiyyətlər qoyub.
Ekspertlərin fikrincə, əsas qarşıdurma pul və qlobal maliyyə sisteminə nəzarət uğrunda olacaq. Hazırda bu sistemə ABŞ-nin nəzarətində olan SWIFT platforması rəhbərlik edir.
Analitiklər bildiriblər ki, dünya "Bretton-Vuds" və "Yamayka" mərhələlərindən sonra yeni rəqəmsal valyuta dövrünə — “Bretton-Vuds 3.0” sisteminə daxil olur. Bu mərhələdə Çin də əsas oyunçular sırasına qoşulub. Belə ki, yeni sistemdə ABŞ-nin rəqəmsal dolları və Çinin rəqəmsal yuanı arasında qlobal balans formalaşacaq.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031