İlon Maskdan yeni "SpaceX" 10 min Starlink peykini orbitə göndərib
20-oktyabr-2025
Admin
Yazı Ölçüsü:
Bazar günü "SpaceX" daha 56 Starlink internet peykini "Falcon 9" raketləri ilə orbitə buraxıb və bununla da obitdə olan peyklərin ümumi sayı 10 mini ötüb.
"PostMedia" xəbər verir ki, 2025-ci ilin 132-ci Falcon 9 uçuşu olub və nəticədə, ilin sonuna iki aydan artıq vaxt qalmasına baxmayaraq, illik start rekordu təkrarlanıb.
Mütəxəssislərin hesablamalarına görə, bu 10 min "Starlink" peykindən yalnız təxminən 8.608-i aktiv işləyir.
Starlink peyklərinin xidmət müddəti təqribən 5 ildir. Bu müddət bitdikdən sonra onlar idarəli şəkildə orbitdən çıxarılır və atmosferdə yanaraq məhv edilir.
İlk Starlink prototipləri fevral 2018-də sınaq üçün buraxılmışdı. Xidmətin kommersiya versiyası isə 2021-ci ildə istifadəyə verildi. "SpaceX"-ə 12 000 peyk üçün rəsmi icazə verilib, lakin şirkət 30.000-dən çox peykdən ibarət nəhəng qlobal internet şəbəkəsi qurmağı planlaşdırır.