"Flügger" şirkəti Azərbaycandakı distributoru ilə əməkdaşlığı dayandırıb
20-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Danimarkada 11 şirkətə Rusiyaya qarşı sanksiyaları pozmaq ittihamı irəli sürülüb.
"PostMedia" xəbər verir ki, Danimarka polisi Rusiyaya qarşı sanksiyaları pozmaqda 11 şirkətə və 7 fiziki şəxsə qarşı ittiham irəli sürüb. Bu barədə Berlingske qəzeti Danimarka Milli Polis İdarəsinin xidməti qeydinə istinadla məlumat yayıb.
İttihamlar 2022-ci ilin fevralından 2025-ci ilin fevralınadək olan dövrü əhatə edir. Bəzi şirkətlərə qarşı bir neçə dəfə ittiham irəli sürülüb, ümumilikdə 14 ittiham qeydə alınıb.
Maraqlı məqamlardan biri odur ki, sanksiyaların pozulması məsələsində adı çəkilən "Flügger" şirkəti (boya və lak məhsulları istehsalçısı) araşdırma altındadır. Şirkət etiraf edib ki, məhsulları sanksiyalar tətbiq olunduqdan sonra Rusiyada satılıb, lakin bunun Şərqi Avropadakı distributoru tərəfindən “aldadılması” nəticəsində baş verdiyini iddia edib.
"Flügger" bildirib ki, bu ilin qışında artıq distributorlardan biri ilə — o cümlədən Azərbaycandakı tərəfdaşı ilə əməkdaşlığı dayandırıb. Bundan başqa, şirkət Qazaxıstan, Estoniya və Qırğızıstandakı distributorlarla da əlaqələri kəsib.
Danimarka Biznes İdarəsi daha əvvəl 135 Danimarka şirkətinə sanksiyaları pozduqları barədə rəsmi xəbərdarlıq göndərmişdi. Bu şirkətlər əsasən öz məhsullarını üçüncü ölkələrə ixrac edən müəssisələrdir.