Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 1 500 şirkət fəaliyyət göstərir.
“PostMedia” xəbər verir ki, Azərbaycanda isə 150-yə yaxın qazax şirkəti qeydiyyatdan keçib.
İnvestisiya əməkdaşlığı da sürətlə inkişaf edir. 2005-2025-ci illər ərzində Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyalar 424,6 milyon ABŞ dollarını təşkil edib, onun 3,8 milyon dolları bu ilin ilk üç ayında qoyulub. Qazaxıstan tərəfi isə bu dövrdə Azərbaycana 156 milyon dollar investisiya yatırıb, onun 32,6 milyon dolları 2024-cü ildə həyata keçirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevindəvəti ilə Astanaya 2 günlük səfərə gedib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
