2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövriyyəsi 547,6 milyon ABŞ dollarına bərabər olub.
“PostMedia” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir.
Qazaxıstanın ölkizə ixrac etdiyi əsas məhsullar arasında əlvan metallar, xam neft, neft məhsulları və taxıl üstünlük təşkil edir.
Bu ilin idxalında əsas pay buğda və neft məhsulları olub ki, buğdanın idxal həcmi 121,5 milyon ABŞ dolları, neft məhsulları isə 38,2 milyon ABŞ dolları olub.
Əvəzində Azərbaycandan Qazaxıstana borular, alüminium külçə, kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya 2 günlük səfərə gedib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
