2025-ci ilin iyul-sentyabr aylarında “YeloBank” ASC-nin xalis mənfəəti 24 824,83 manata olub.
“PostMedia” xəbər verir ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 238,43 min manat yaxud 28,39 % azalma deməkdir.
Bundan əlavə Bankın mənfəət vergisindən əvvəlki mənfəəti də 6 638,43 min manat yaxud 18,93 % azalıb və nəticədə göstəriciləri 35 063,26 min manatda 28 424,83 min manata düşüb.
“YeloBank”ın xalis əməliyyat mənfəətində də azalma göstərilir. Belə ki, 3-cü rübdə bank bu göstərici üzrə 2 712,64 min manat yaxud 8,89 % geriləyərək ötənilki 30 527,26 min manatı 27 814,62 min manata dəyişib.
Bu azalmalar fonunda bank son 3 ayda xərclərini artırmağı bacarıb.

Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
