“Ramiz Mehdiyevin “Sədərək” ticarət mərkəzində heç bir obyekti yoxdur. Birmənalı olaraq təkzib edirəm. Ramiz Mehdiyev “Sədərək”də balaca dükanları neyləyir ki? Onun ölkənin hüdudlarından kənarda – xaricdə elə böyük obyektləri, Sevan gölünün ətrafında oteli var. Bunlar hamısı sübut olunub. Onun nəyinə gərəkdir, “Sədərək”də bir mağaza götürə, burda paltar satıla?”
"PostMedia" xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.
“Əlinizdə Ramiz Mehdiyevin “Sədərək”də obyekti olmasını təsdiq edən nəsə var? Onun ölkənin hər yanında obyektləri, villaları mövcuddur. Yəqin ki, əsası var, siyahısını da qoyublar”, - o bildirib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
