N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Gürcüstan metro üçün Çindən yeni vaqonlar almağa hazırlaşır

13-oktyabr-2025
Turan Hüseynli
Gürcüstan metro üçün Çindən yeni vaqonlar almağa hazırlaşır
Yazı Ölçüsü:

Çin 2027-ci ildən etibarən Tbilisi metrosu üçün yeni vaqonların istehsalına başlayacaq.

"PostMedia" xəbər verir ki, bunu Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə çıxışı zamanı deyib.

“Tbilisinin təxminən 212 vaqona ehtiyacı var. Bu il vəsait cəlb etmək üçün biz Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə müqavilə imzaladıq, həmçinin avansın ödənişi bu ay gözlənilir. Ola bilsin ki, 2026-cı ildə tədarükə vaxt çatdırılmasın. Lakin yeni metro vaqonlarını 2027-ci ildən alacağıq”, - deyə Kakauridze qeyd edib.

Qeyd edək ki, bu ilin iyulunda Tbilisi bələdiyyəsi “G-T Group” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, dünyanın ən böyük metro vaqonu istehsalçılarından biri olan CRRC Tbilisi metrosuna 150 milyon avro dəyərində 111 vaqon təhvil verəcək.

Şirkət Tbilisiyə 5 il ərzində mərhələli şəkildə 14 ədəd 4-vaqonlu və 11 ədəd 5-vaqonlu qatar təqdim edəcək.

Tender şərtlərinə görə, hər bir vaqonun uzunluğu birləşdirici hissə daxil olmaqla 18,5–19,5 metr, hündürlüyü 3,65 metr, eni isə 2,7 metr olmalıdır. Vaqonun tutumu 280 sərnişini keçməməlidir ki, bu da 5 vaqonlu qatar üçün maksimum 1400 sərnişin deməkdir.

Hazırda Gürcüstan paytaxtında 48 qatar (ümumilikdə 192 vaqon) xidmət göstərir.

Kateqoriyalar