Çin 14 xarici şirkəti “etibarsız təşkilatlar siyahısı”na əlavə edib
09-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Çin 14 xarici təşkilat “etibarsız təşkilatlar siyahısı”na daxil edilib.
"PostMedia" xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi cümə günü yaydığı açıqlamada bildirib. Bu, onların dünyanın ikinci ən böyük iqtisadiyyatında kommersiya fəaliyyətlərini həyata keçirmə imkanlarını məhdudlaşdırır.
Açıqlamada qeyd olunub ki, siyahıya əsasən ABŞ-da yerləşən bəzi şirkətlər daxil edilib. Onlar Tayvanla hərbi və texnoloji əməkdaşlıq həyata keçiriblər və ya “Çin haqqında zərərli şərhlər verib, xarici hökumətlərə Çin şirkətlərini sıxışdırmaqda kömək ediblər”.
Qara siyahıya daxil edilənlər arasında Kanada mərkəzli məşhur texnologiya araşdırma firması "TechInsights" və onun "Strategy Analytics" də daxil olmaqla doqquz filialı yer alıb.
Keçən oktyabr TechInsights Huawei AI prosessorunu araşdıraraq içində Taiwan Semiconductor Manufacturing Company (TSMC) istehsalı olan çip tapmışdı.
ABŞ 2020-ci ildə Şençjen mərkəzli "Huawei"yə ixrac qaydaları tətbiq edərək, TSMC çipləri də daxil olmaqla, ABŞ texnologiyası və proqram təminatının birbaşa məhsulu olan xarici istehsal mallarının Huawei-yə göndərilməsini dayandırmışdı.
TechInsights Reuters-in şərh tələbinə dərhal cavab verməyib.
Həmçinin Kanadada illik keçirilən Halifax Beynəlxalq Təhlükəsizlik Forumu və orada iştirak edən hökumət və hərbi rəsmilər də sanksiyalara məruz qalan təşkilatlar siyahısına daxil edilib.