Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən satınalma müsabiqəsinin qalibi müəyyən olunub.
“PostMedia” xəbər verir ki, respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin alınması üçün elan edilən tenderin qalibi "S.H. İnşaat Xidməti" MMC seçilib.
Qalibə 7 206 adda xidmətin göstərilməsi üçün 8 095 862,39 manat ödəniləcək.
2011-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Heydərov Səməd İsmayıl oğludur.
Adıçəkilən şirkət son 5 ildə Elm və Təhsil Nazirliyinin ümumi məbləği 19 milyon manata çatan 11 tenderinin qalibi olub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
