6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"Starbase" kosmodromunda yeni "Tesla Cybertruck"lardan istiadəyə başlanıb

08-oktyabr-2025
"Starbase" kosmodromunda yeni "Tesla Cybertruck"lardan istiadəyə başlanıb
Yazı Ölçüsü:
"Starbase" kosmodromuna yeni partiya Cybertruck pikapları gətirilib.
"PostMedia" xəbər verir ki, sosial şəbəkələrdə şəhər artıq “kibertreklərin paytaxtı” kimi tanınır. İstehsal sahəsinin yaxınlığındakı parkinqdə “yalnız Cybertruck üçün” yazıları görünür.
Şahidlərin məlumatına görə, kompleksin ərazisinə artıq onlarla yeni "Tesla" elektrik pikapı gətirilib və tezliklə köhnə benzinlə işləyən xidməti maşınların yerini alacaqlar. "SpaceX" şirkəti avtomobil parkını tamamilə bu elektrik maşınlarına keçirməyi planlaşdırır.
"Tesla Cybertruck" təqdimatdan sonra böyük maraq oyatsa da, satışlar gözlənilən səviyyədə olmayıb. Şirkət zirehli elektrik pikapın stoklarının rekord səviyyədə artması ilə üzləşib.
2025-ci ilin may ayında ABŞ-da 10 000-dən çox satılmamış "Cybertruck" yığılıb.
Bundan əlavə, "Tesla Cybertruck"un arxa təkərdən sürücülü versiyasını istehsaldan çıxarıb – bu modelin debütündən cəmi beş ay sonra, 2025-ci ilin aprelində satışa çıxarılması dayandırılıb.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031