6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Gürcüstan limanları ilə Bakı arasında konteyner qatarları istifadəyə veriləcək

02-oktyabr-2025
Gürcüstan limanları ilə Bakı arasında konteyner qatarları istifadəyə veriləcək
Yazı Ölçüsü:

“Gürcüstan Dəmir Yolları” (GDY) ölkənin limanları ilə Azərbaycanın paytaxtı Bakı arasında konteyner xətti açacaq.

"PostMedia" xəbə verir ki, bu barədə saziş “Azərbaycan Dəmir Yolları” (ADY) ilə Almatıda keçirilən Nəqliyyat Həftəsi çərçivəsində imzalanıb.

Konteyner qatarları əvvəlcədən müəyyən olunmuş qrafik üzrə Batumi-Poti-Tbilisi-Abşeron-Sumqayıt-Ələt marşrutu üzrə hərəkət edəcək. Beləliklə, xətt Qara dəniz limanlarını Xəzər dənizindəki əsas Azərbaycan terminalları ilə birləşdirəcək.

Gözlənilir ki, yeni xətt yük sahibləri üçün logistikanı asanlaşdıracaq, çatdırılma vaxtını qısaldacaq və terminallarda yüklərin və boş konteynerlərin saxlanması xərclərini azaldacaq. GDY hələlik xəttin istifadəyə veriləcəyi konkret vaxtı açıqlamayıb.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031