N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Qazaxıstan milyarderi Timur Turlov Gürcüstanda bank açmağı planlaşdırır

01-oktyabr-2025
Admin
Qazaxıstan milyarderi Timur Turlov Gürcüstanda bank açmağı planlaşdırır
Yazı Ölçüsü:

Qazaxıstanın ən varlı şəxsi Timur Turlov Gürcüstanda öz bankı olan Freedom Bank Kazakhstan-ın törəmə şirkətini açmağı planlaşdırır.

"PostMedia" bu barədə "Forbes.kz"ə istinadən xəbər verir.

Gələcək bankın nizamnamə kapitalı 5 milyon lari (təxminən 1,8 milyon ABŞ dolları) məbləğində təsdiqlənib və 1 lari nominal dəyəri olan 5 milyon adi səhmdən ibarət olacaq. Artıq biznes-plan, təşkilati struktur və rəhbər vəzifələr üçün namizədlər təsdiqlənib.

Lisenziya almaq üçün Tbilisidə “FBG Company” adlı səhmdar cəmiyyəti qeydiyyatdan keçiriləcək. Lisenziya təsdiqləndiyi halda, şirkət Freedom Bank Georgia adı ilə kommersiya bankına çevriləcək.

Gürcüstan törəmə bankının yaradılması barədə qərar Freedom Bank Kazakhstan səhmdarı olan Freedom Finance (Freedom Holding Corp.-un tərkib hissəsi) tərəfindən 19 sentyabrda verilib. Qeyd edək ki, bankın artıq Tacikistanda da törəmə şirkəti mövcuddur, orada lisenziya 2024-cü ilin oktyabrında alınıb.

1 avqust 2025-ci il tarixinə görə, Freedom Bank Kazakhstan aktivlər üzrə Qazaxıstan bankları arasında 10-cu yerdədir2,2 trilyon tenge (4 milyon ABŞ dollarından çox).

Kateqoriyalar