N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

ABŞ-də siyasi böhran fonunda qızıl qiyməti rekorda çatdım

30-sentyabr-2025
Admin
ABŞ-də siyasi böhran fonunda qızıl qiyməti rekorda çatdım
Yazı Ölçüsü:
ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması ehtimalı və Federal Ehtiyat Sisteminin pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənlik qızıl bazarında tarixi sıçrayış yaradıb.
"postMedia"nın "Bloombergə istinadən verdiyi xəbərə görə, məlumatına görə, qızılın qiyməti yeni rekord müəyyən edərək bir unsiya üçün 3 800 dollardan yuxarı qalxıb.
Sentyabrın 30-da qızıl qısa müddətə 3 839,52 dollar/unsiya səviyyəsinə çatıb ki, bu da tarixdə ən yüksək göstəricidir.
Rekord artım ABŞ Konqresi liderləri ilə prezident Donald Tramp arasında hökumətin qısamüddətli maliyyələşdirilməsi üzrə razılığın əldə olunmaması fonunda baş verib. Bu vəziyyət dövlətin fəaliyyətinin müvəqqəti dayandırılması qorxularını artırıb və iqtisadi göstəricilərdə əlavə qeyri-müəyyənlik yaradıb.
Bazar dinamikasına həmçinin iri qızıl hasilatçıları – Newmont Corp. və Barrick Gold Corp. şirkətlərində baş verən kadr dəyişikliyi də təsir göstərib.
2025-ci ilin əvvəlindən qızılın qiyməti artıq 45%-dən çox artıb, bu isə həm mərkəzi bankların, həm də investorların yüksək tələbatını əks etdirir.
ABŞ dövlət istiqrazlarının dəyəri də yüksəlib. Çünki aşağı gəlirlilikli istiqrazlar ənənəvi olaraq faiz gətirməyən qiymətli metallar üçün üstünlük yaradır. Dolların zəifləməsi isə dollarla satılan qızıl külçələrini xarici alıcılar üçün daha sərfəli edib.
Hazırda qızılın spot qiyməti 3 837,28 dollar/unsiya təşkil edir. Gümüş və platin isə çoxillik maksimumlara çatdıqdan sonra bir qədər geri çəkilib. 2025-ci ilin əvvəlindən gümüşün qiyməti 62%, platininki isə 76% artıb.
Ekspertlərin fikrincə, investorlar getdikcə daha çox qızılla təmin olunmuş birja fondlarına vəsait yatırır, bu da bazarda canlanmanı gücləndirir və qızılın yüksək icarə faizlərini qoruyur.
Kateqoriyalar