N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Türkiyədə onlayn ticarət 5 ildə iki dəfə genişlənib - TRENDYOL

30-sentyabr-2025
Turan Hüseynli
Türkiyədə onlayn ticarət 5 ildə iki dəfə genişlənib - TRENDYOL
Yazı Ölçüsü:

Beş il əvvəl Türkiyədə onlayn pərakəndə ticarət ümumi pərakəndə ticarətin cəmi 10%-ni təşkil edirdi. Cəmi beş il ərzində bu göstərici demək olar ki, ikiqat artdı və hazırda 20%-ə çatıb. 
PostMedia” xəbər verir ki, bunu “INMerge” innovasiya sammiti çərçivəsində baş tutan panel müzakirəsi zamanı ‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil deyib. O qeyd edib ki, COVID dövrü bu prosesi bir qədər sürətləndirdi, amma ən vacib amil yerli oyunçular, yəni “Trendyol” kimi şirkətlər rəqəmsallaşmanı güclü şəkildə irəli apardı: “Nəticədə biz istehlakçı etimadını qazandıq. Etimad artdıqca insanlar daha çox onlayn alış-veriş etməyə başladılar. İki il əvvəl isə biz beynəlxalq genişlənməyə başladıq. Amma qonşu bazarlara nəzər salanda, xüsusilə Avropaya, gördük ki, bu, artıq çox yetkin və yüksək dərəcədə doymuş bir bazardır. Məsələn, Böyük Britaniya və Fransa kimi ölkələrdə artıq uğurlu qlobal oyunçular mövcuddur. Ona görə biz düşündük ki, bizim üçün doğru bazarlar məhz Türkiyə kimi bazarlardır. Çünki beş il əvvəl Türkiyədə də onlayn pərakəndə ticarətin payı yüksək deyildi. Buna görə də biz əvvəlcə doğru bazarları seçdik. O, hazırda Fars körfəzi regionunda – Səudiyyə Ərəbistanı və BƏƏ-də, Mərkəzi Asiyada – Gürcüstan və Azərbaycanda, həmçinin Mərkəzi və Şərqi Avropada – Rumıniya, Yunanıstan və Bolqarıstanda aktiv olduqlarını deyib: “Bir neçə statistika gətirim: Rumıniyada hazırda onlayn pərakəndə ticarətin payı 10–12% təşkil edir, bu da beş il əvvəl Türkiyədəki səviyyəyə yaxındır. Səudiyyə Ərəbistanında bu göstərici cəmi 9%-dir. Mərkəzi Asiyada isə 5–7% civarındadır. Bu isə həm böyük bir rəqəmsal boşluq, həm də böyük potensial deməkdir. Biz inanırıq ki, xüsusilə regional oyunçular üçün çox geniş inkişaf imkanları var. Bizim üçün bizi qlobal oyunçulardan fərqləndirən əsas məqam odur ki, biz onların istifadə etdiyi “hamıya eyni yanaşma” modelini tətbiq etmirik. Çünki inkişaf etməkdə olan ölkələrdə hələ hər 10 əməliyyatdan yalnız 1-i onlayn baş verir. Belə şəraitdə istehlakçı etimadını qazanmaq əsasdır”. “Biz inanırıq ki, istehlakçı etimadı yalnız tanışlıq və yaxınlıq hissi ilə qazanılır. İstehlakçı Trendyol-a daxil olanda özünü evdəki kimi hiss etməlidir. Məsələn, Azərbaycanda biz “BirBank Bonus” ilə əməkdaşlıq edirik. Alıcılar bonus qazanır və onları Trendyol-da istifadə edə bilirlər. Türkiyədə bu cür maliyyə alətləri mövcud deyil, amma burada tətbiq edirik”, - deyə o əlavə edib.

Kateqoriyalar