N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Azərbaycanda MAN avtomobilləri yığılacaq

26-sentyabr-2025
Türkan Nəbi
Azərbaycanda MAN avtomobilləri yığılacaq
Yazı Ölçüsü:
Almaniyanın MAN şirkəti Azərbaycanda elektrik avtobusları yığacaq.
"PostMedia" xəbər verir ki, Bakıda keçirilən görüşdə "MAN Truck & Bus" şirkətinin baş direktoru Aleksandr Vlaskamp, Azərbaycan iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və "Improtex Trucks & Buses" LLC şirkətinin prezidenti Füzuli Ələkbərov Bakıda keçirilən görüşdə anlaşma memorandumu imzalayıblar.
Bu memorandumla tərəflər MAN elektrik avtobuslarının tətbiqi və yerli xKD istehsalı üzrə gələcək əməkdaşlıqda ortaq maraqlarını təsdiqləyib. Belə ki, Azərbaycanda elektrik avtobuslarının yerli xKD istehsalının qurulması, nəqliyyat vasitələrinin qismən yığılmış şəkildə komponentlərlə birlikdə Azərbaycana gətirilərək burada tam yığılıb sınaqdan keçirilmısi planlaşdırılıb. İlk Lion’s City E avtobuslarının Azərbaycana 2026-cı ildə təhvil verilməsi nəzərdə tutulub.
MAN tərəfdaşlarını lazımi biliklərin yaradılması və əməkdaşların təlimi prosesində dəstəkləyəcək. Uzunmüddətli hədəf istehsalı daim genişləndirmək və tədricən yerli istehsal dəyərini artırmaqdır.
Kateqoriyalar