Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti nin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə 0-130 üzrə binaların tikintisi işləri ilə bağlı elan etdiyi tenderə yekun vurulub.
“PostMedia” xəbər verir ki, müsabiqənin qalibi “Ang” MMC olub.
Bağlanan müqavilə əsasında qalib şirkətə 9 099 651,54 manat ödəniləcək.
Nizamnamə kapitalı 50 manat olan “Ang” MMC-nin qanuni təmsilçisi Arıxov Murad Habil oğludur.
Qeyd edək ki, M.Arıxov 2023-cü ilə qədər “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin İdarə Heyətinin sədri olub. Şirkət Bakı şəhərində “Grand Hayat”, “Park Azure”, “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” və “MegaFun” kimi iri daşınmaz əmlaklarına sahibdir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
