Azərbaycan və "Trendyol" qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcək
22-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Trendyol Group” şirkətinin prezidenti Çetin Çağlayan ilə görüşüb.
"PostMedia" Nazirliyə istinadən xəbər verir ki, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının yeni mərhələdə daha da dərinləşdirilməsi və ortaq layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
Bildirib ki, ölkəmizdə aparılan islahatlar biznes mühitinin yaxşılaşdırılmasına, rəqəmsal iqtisadiyyatın sürətlə inkişafına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.
Görüşdə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, elektron ticarətin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və logistik infrastrukturun gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər həmçinin, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının yeni mərhələdə daha da dərinləşdirilməsi və ortaq layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər.
Görüş qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.