N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

2029-cu ildə ÜDM-in həcmi 162 milyard manata çatacaq

16-sentyabr-2025
Turan Hüseynli
2029-cu ildə ÜDM-in həcmi 162 milyard manata çatacaq
Yazı Ölçüsü:
2026-cı ilin sonuna Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) həcmi 134,1 milyard manat olacaq ki, onun da 101,7 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşür.
“PostMedia” bu barədə Azərbaycan Maliyyə Nazirliyinin dövlət və icmal büdcəsi ilə bağlı yaydığı proqnoza istinadən xəbər verir.
Hesabata görə, 2029-cu ildə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 %, qeyri-neft-qaz ÜDM-in isə 4,9 % olacağı proqnozlaşdırılır.
2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 %-ə çatacağı gözlənilir.
Kateqoriyalar