“Bakı Metropoliteni” QSC "SpeçMetroPostavka" (СпецМетроПоставка) şirkətinə 1 528 597 manat ödəyəcək.
"PostMedia" Pravda.az-a istinadən xəbər verir ki, tərəflər arasında müqavilə bağlanıb.
Bu, “ПЭК СВМ 01” və “ПЭК КВМ 01” tipli, "81-760.Б/761.Б/763.Б" və "81-765.Б/81-766.Б" seriyalı metro vaqonlarının kondisioner sistemlərinin təmirində istifadə olunan dəyişdiricilərinin, eləcə də "81-717/714" seriyalı metro vaqonları üçün istifadə edilən (şpinton tipli) arabacıq çərçivələrinin satınalınması ilə əlaqədardır.
Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: QSC-nin sədri Vüsal Aslanovdur.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
