6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Azərbaycan Mərkəzi Bankı ilə Çin Xalq Bankı anlaşdı

04-sentyabr-2025
Azərbaycan Mərkəzi Bankı ilə Çin Xalq Bankı anlaşdı
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "PostMedia"ya AMB0-dən məlumat verilib.
Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031