Bu il iyulun 1-nə “PAŞA Holdinq” MMC-yə məxsus “Kapital Bank” ASC-nin vaxtı keçmiş kreditləri 161,7 milyon manat təşkil edib.
“PostMedia” Yurd.Media-ya istinadən xəbər verir ki, bu barədə bankın açıqladığı rüblük maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 72% çoxdur.
Xatırladaq ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur. Başqa sözlə, vaxtı keçmiş kreditlərin 30,7%-i “Kapital Bank”ın payına düşüb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
