Sentyabrın 13-də "paşa bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"PostMedia" xəbər verir ki, toplantı bankın Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncağın gündəliyində “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən, idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi yer alıb.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
