6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

“Kapital Bank” güzəştləri azaltdı, komissiyanı artırdı

12-avqust-2025
“Kapital Bank” güzəştləri azaltdı, komissiyanı artırdı
Yazı Ölçüsü:

“Kapital Bank” ASC (Birbank) sentyabrın 11-dən etibarən köçürmə limitləri və komissiyalarla bağlı şərtlərini dəyişir.

PostMedia” xəbər verir ki, bu barədə Bankdan müştərilərinə xəbərdarlıq mesajı gedib.

Məlumatda deyilir ki, ay ərzində bütün “Birbank” kartlarınızdan ümumi şəxsi vəsait üzrə banka məxsus bankomatlardan nağdlaşdırma və digər yerli bank kartlarına köçürmə limiti 3 000 manat ekvivalenti olacaq. Bu isə həmin məbləğin 2 000 manat yaxud 40% azaldılması deməkdir.

Qeyd edək ki, bu limit çərçivəsində bankomatlardan nağdlaşdırma və ya yerli bank kartlarına köçürmə pulsuzdur.

Eyni zamanda təyin edilmiş 3 000 min manatlıq limiti keçildiyi halda, bu əməliyyatlar üçün komissiya 0,5%-dən 1%-ə artırılıb (minimum 1 AZN/USD/EUR).

Ölkədaxili digər bankomatlardan nağdlaşdırma komissiyası da dəyişir. Belə ki, əvvəl sabit 2 manat idi, indi isə 1% (minimum 2 AZN/USD/EUR) olacaq.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031